10:46 - 1.04.2022
1 aprel, Fineko/abc.az. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) azad edilmiş ərazilərə doğru istiqaməti və məsafəni bildirən məlumatverici lövhələrin quraşdırılması layihəsinə başlayıb.
ABC.AZ-ın məlumatına görə, hazırda ölkənin bütün giriş qapılarından başlayan yollara Şuşa şəhərinə qədər məsafəni bildirən məlumatverici lövhələr quraşdırılır.
Məqsəd Azərbaycana gələnlərə işğaldan azad edilmiş əraziləri tanıtmaqdır.
Məlumatverici lövhələr ilkin mərhələdə Bakı–Quba–Rusiya ilə dövlət sərhədi avtomobil yolunun Samur, Bakı-Ələt- Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Qırmızı körpü və Ələt-Astara-İran ilə dövlət sərhədi avtomobil yolunun Astara sərhəd keçid məntəqələri hissəsində olan magistral avtomobil yollarında quraşdırılıb.
14 Avqust 2026
14 Avqust 2026