Bu avtomobillərin qiyməti bahalaşacaq - Detallar

10:20 - 1.04.2022


1 aprel, Fineko/abc.az. Xarici ölkələrdən Azərbaycana gətirilən avtomobillərin çatdırılma qiyməti artıb. Məhz bu səbəbdən qiymətləri ucuz olan avtomobilləri sifariş verənlərin sayı azalıb.

ABC.AZ xəbər verir ki, müxtəlif ölkələrdən Azərbaycana sifariş əsasında avtomobil çatdırılması ilə məşğul olan şirkətlərdən birindən çatdırılma qiymətinin təxminən 20-30 faiz artdığı qeyd edilib.

Söhbət ABŞ və Koreyadan avtomobil çatdırılmasından gedir.

Avtomobil çatdırılması ilə məşğul olan şirkətlərin sahibləri bildirirlər ki, bahalaşmanın bir neçə səbəbi var. Əsas səbəblərdən biri isə Rusiya-Ukrayna müharibəsinin yaratdığı problemlərdir.

Mütəxəssislər bundan sonra da çatdırılma qiymətlərinin artacağını istisna etmirlər.