Gürcüstan iqtisadiyyatı 16 faizdən çox böyüyüb

12:11 - 31.03.2022


31 mart, Fineko/abc.az. Bu ilin yanvar-fevral aylarında Gürcüstanda istehsal edilmiş Ümumi Daxili Məhsulun (ÜDM) real dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 16,3% çox olub.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib. Məlumata görə, təkcə fevralda iqtisadi artım isə 1 il əvvələ nisbətən 14,6% təşkil edib.

Ötən ay artım istehsal, nəqliyyat və anbar təsərrüfatı, elektrik, qaz, buxar və kondisioner təchizatı, mehmanxana və restoranlar, daşınmaz əmlak, incəsənət, əyləncə və rekreasiya, mədənçıxarma sənayesində olub.