11:58 - 7.05.2018
7 may, Fineko/abc.az. Mart ayında Azərbaycan əhalisinin bank yatımları fevral ayı ilə müqayisədə 1,2% 7,657 milyon manata qədər azalıb.
Mərkəzi Bankın məlumatına əsasən, 2018-ci ilin I rübündə əhalinin bank əmanətləri 1,27% artmışdır.
Milli valyutada depozitlər 1-ci rüb ərzində 8,61% artaraq 2751,1 milon manat təşkil edib. Fevral ayında əhalinin milli valyutada depozitləri 2935,2 milyon manat, yanvar ayında isə 2529,6 milyon manat təşkil etmişdir
Xarici valyutada depozitlər 1 rübdə 2,43% azalaraq 4906,1 milyon manat təşkil edib. Fevral ayında əhalinin xarici valyutada depozitləri 4 815,1 milyon manat, yanvarda isə 4 967,4 milyon manat təşkil etmişdir.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026