Azərbaycan Ukraynaya əkin üçün yanacaq verəcək - Zelenski açıqladı

11:02 - 29.03.2022


29 mart, Fineko/abc.az. Ukrayna prezidenti Volodimir Zelenski Azərbaycan prezidenti İlham Əliyevin yanacaq dəstəyi vəd etdiyini açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, sözügedən vəd Ukrayna Prezidenti Vladimir Zelenski ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı zamanı verilib.

Danışıq  zamanı Əliyevin yanacaq dəstəyi vəd etdiyini açıqlayan Zelenski, "Azərbaycan Prezidenti ilə söhbətimizdə mülki əhaliyə qarşı hücumların əhəmiyyəti və humanitar dəhlizlərin aktuallığı müzakirə olundu.

O, buna hazır olduğunu söylədi.

Humanitar yardım və əkin dövrü üçün yanacaq dəstəyi təmin ediləcək”,- qeyd edib.