16:16 - 14.03.2022
14 mart, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsinə təsirsiz ötüşməyəcəyini açıqlayıb.
ABC.AZ xəbər verir ki, V. Bayramov qeyd edib ki, Azərbaycanın Rusiyadan ən çox idxal etdiyi məhsul olan buğdanın ümumi idxal dəyəri il ərzində orta hesabla 300 mln. dollardan artıq təşkil edir.
"Bundan əlavə, Azərbaycanın Rusiyaya göndərdiyi məhsullar içərisində kənd təsərrüfatı məhsulları öndədir – Azərbaycan ixrac etdiyi kənd təsərrüfatı məhsullarının 65%-i Rusiya bazarına göndərilir" deyə deputat qeyd edib.
Bunu nəzərə alaraq, deputat vurğulayıb ki, yeni bazarların və yeni idxal mənbələrinin tapılması və əvəzlənməsinə ehtiyac var.
21 Avqust 2026
19 Avqust 2026