İran ilk elektormobilini təqdim etdi – Foto

12:31 - 14.03.2022


14 mart, Fineko/abc.az. İran ilk elektromobilinin təqdimat mərasimini keçirib.

ABC.AZ xəbər verir ki, İranın milli istehsalı olan “Oxygen” adlı ilk elektromobil “Xodrasazan” şirkətinə məxsusdur.

Təqdimat qədim Şiraz şəhərində keçirilib.

Qeyd olunub ki, 2 nəfər tutumu olan avtomobil hamı üçün ucuz və əlçatandır. Gələcəkdə yeni istehsal xətti açılacaq və avtomobillər 4 nəfər sərnişin tutumu ilə istehsal olunacaq.

Yeni avtomobil 220 kilometr məsafəni 15 kilovat/saat enerji israf etməklə qət edir.