Bu şirkət də Rusiyaya tədarükü dayandırdı

11:17 - 14.03.2022


14 mart, Fineko/abc.az. Rusiya-Ukrayna böhranı başlayandan böyük şirkətlər ya Rusiyadan çıxır, ya da ora tədarükü dayandırır.

ABC.AZ-ın məlumatına görə, Rusiya tədarükü dayandıranlardan biri də “Infiniti” şirkətidir.

Sözügedən kompaniya Rusiyaya avtomobil tədarükünü dayandırıb, bu barədə şirkətin press-relizində deyilir.

Şirkətin açıqlamasında qeyd olunub: "Infiniti daim mövcud vəziyyəti izləyir və sanksiyaların Rusiyadakı biznesə təsirini dərindən təhlil edir. Müvafiq şöbələr daxil olan bütün məlumatları yoxlayır, prosesləri uyğunlaşdırır və yaranan problemləri operativ aradan qaldırır”.