Finlandiya dəmir yolu şirkəti Rusiyadan gələn 100-lərlə yük qatarını saxlayıb

15:12 - 11.03.2022


11 mart, Fineko/abc.az. Finlandiyanın dövlət dəmir yolu şirkəti VR Rusiyadan gələn yüzlərlə yük qatarı ölkənin müxtəlif şəhərlərində Avropa İttifaqının sanksiyalarına məruz qalan yükləri daşıya bilməsi şübhəsi ilə dayandırıb.

ABC.AZ xəbər verir ki, bu barədə yerli "Yle" televiziyası məlumat yayıb.

VR-nin nəqliyyat üzrə kommersiya direktoru Eljas Koistinen Yle-yə deyib: “Hazırda müştərilər və müxtəlif maraqlı tərəflərlə onlarla [yüklə] nə edəcəyimizi müzakirə edirik”.

Televiziyanın məlumatına görə, Finlandiya tərəfi Rusiyaya gedən mallar arasında sanksiyalar altında olan texnologiyaların olub-olmadığını öyrənir.