11:23 - 11.03.2022
11 mart, Fineko/abc.az. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) inkişaf etdirmək məqsədilə Qazaxıstan, Azərbaycan və Gürcüstan tariflərin müəyyən edilməsi, yük bəyannaməsi, vahid İT həllərdən istifadə və tranzit yüklərin konsolidasiyası ilə bağlı məsələləri həll edəcək birgə müəssisənin yaradılması barədə razılığa gəliblər.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, Qazaxıstanın Baş naziri Əlixan Smailov Antiböhran Tədbirləri üzrə Operativ Qərargahın növbəti iclasını keçirib.
İclasda TBNM inkişafı üzrə danışıqların nəticələri və Qazaxıstan yüklərinin daşınması məsələləri müzakirə olunub.
TBNM marşrutunu inkişaf etdirmək məqsədilə Qazaxıstan, Azərbaycan və Gürcüstan tariflərin müəyyən edilməsi, yük bəyannaməsi, vahid İT həllərdən istifadə və tranzit yüklərin konsolidasiya məsələlərini həll edəcək birgə müəssisə yaratmaq barədə razılığa gəliblər. Ümumilikdə, marşrutun ildə 10 mln. tona qədər, o cümlədən 200 minə qədər konteyner daşımaq imkanı var. Lianyunqanq limanından (ÇXR) keçən cari marşruta gəlincə, tranzit yükdaşıma tarifinin aşağı salınması məsələsi üzərində iş aparılır.