Rusiya 9 ölkədən tərəvəz idxalını artıracaq - Siyahıda Azərbaycan da var

12:28 - 5.03.2022


5 mart, Fineko/abc.az. Rusiya Türkiyə də daxil olmaqla 9 ölkədən tərəvəz idxalını artıracağını açıqlayıb.

ABC.AZ xəbər verir ki, 9 ölkə arasında Azərbaycan da var.

Belə ki, şimal qonşumuz Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Misir, Qırğızıstan, Türkmənistan və Özbəkistandan idxalı çoxaldacaq.

Türkiyədən əlavə pomidor, bibər, balqabaq və badımcan idxal ediləcək. Azərbaycandan isə əsasən pomidorun idxalını artıracaq.