15:07 - 4.03.2022
4 mart, Fineko/abc.az. Bildiyiniz kimi Şuşada əsgər Vüsal Kazımov qəza nəticəsində şəhid olub.
ABC.AZ xəbər verir ki, hadisə bağlı cinayət işi başlanılıb.
Hərbi Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, məlumat əsasında Ağdam hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, izahatlar alınıb və digər hərəkətlər icra edilib.
Fakt üzrə Ağdam hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 351.2-ci (Döyüş və ya xüsusi təyinatlı nəqliyyat vasitələrini, yaxud hərbi texnikanı idarəetmə və istismar qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.