Ötən ay bu qədər şəxsə yaşa görə pensiya təyin edilib

11:05 - 3.03.2022


3 mart, Fineko/abc.az. 2022-ci ilin fevral ayında 2195 nəfərə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ABC.AZ-a verilnə xəbərə görə, onların 58,1%-ni kişilər, 41,9%-ni isə qadınlar təşkil edib.