15:45 - 2.03.2022
2 mart, Fineko/abc.az. Yaponiyanın “Honda” və “Mazda” avtomobil konserni Ukraynadakı vəziyyət və Rusiya Federasiyasına qarşı tətbiq edilən sanksiyalara görə məhsullarının Rusiyaya ixracını dayandırmaq qərarına gəlib.
ABC.AZ xəbər verir ki, bu barədə çərşənbə günü biznes qəzeti Nikkei məlumat yayıb.
Qeyd olunur ki, Honda, xüsusən də avtomobil və motosikletlərin ixracından imtina edəcək, Mazda isə Rusiya Federasiyasında yerləşən zavodları üçün ehtiyat hissələri və komponentlərin tədarükünü dayandıracaq.
14 Avqust 2026
14 Avqust 2026