12:07 - 2.03.2022
2 mart, Fineko/abc.az. Azərbaycanda 2 şirkətin vəzifəli şəxslərinə cinayət işi açılıb.
Baş Prokurorluğun Mətbuat Xidmətindən ABC.AZ-a verilən məlumata görə, aparılmış araşdırma nəticəsində paytaxtın Yasamal və Quba rayonlarında müvafiq olaraq fəalliyət göstərən “SRS Group” və "D.Fruits Kəndli Təsərrüfatı" MMC-nin vəzifəli şəxsləri tərəfindən qida məhsullarının hazırlanması və meyvə yığımı sahələrində çox sayda şəxslərin əmək hüquqlarının ciddi şəkildə pozulması halları müəyyən olunub.
Fakta görə Cinayət Məcəlləsinin 162-1.1 (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 10 nəfərdən artıq şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət işləri başlanılaraq ibtidai istintaqı aparılması üçün Bakı şəhəri Yasamal rayon və Quba rayon prokurorluqlarına göndərilib.
Eyni zamanda, aşkar edilən inzibati xətalara görə icraatlar başlanılaraq baxılması üçün aidiyyəti rayon məhkəmələrinə göndərilib.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026