Makron İlham Əliyevə zəng edib - Ukrayna məsələsi müzakirə edilib

11:44 - 2.03.2022


2 mart, Fineko/abc.az. Martın 1-də Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib.

ABC.AZ xəbər verir ki, söhbət zamanı Ukraynada cərəyan edən böhran vəziyyəti və Ukraynaya humanitar dəstəyin göstərilməsi məsələləri müzakirə olunub.

Telefon danışığı zamanı, həmçinin enerji məsələlərinə dair fikir mübadiləsi aparılıb.