Dünyanın ən böyük şirkəti Rusiyaya daşımaları dayandıracaq

17:35 - 1.03.2022


1 mart, Fineko/abc.az. Dünyanın ən böyük konteyner daşıma şirkəti olan “Maersk” Ukraynanı işğal etdiyinə görə Moskvaya tətbiq etdiyi sanksiyalara görə Rusiyaya və Rusiyadan çatdırılmanı müvəqqəti olaraq dayandıracağını açıqlayıb.

ABC.AZ Banker.az-a xəbər verir ki, şirkət tərəfindən edilən açıqlamada, konteyner daşımalarının dayandırılmasının bütün Rusiya limanlarını əhatə edəcəyi, lakin qida məhsulları, tibbi və humanitar ləvazimatların istisna ediləcəyi bildirilib.