12:26 - 1.03.2022
1 mart, Fineko/abc.az. Sankt-Peterburqdakı "Hyundai" zavodu avtomobil hissələrinin tədarükündə qlobal logistika fasilələri səbəbindən martın 1-dən istehsalı dayandıracaq. İstehsalın martın 9-da bərpa edilməsi planlaşdırılır.
ABC.AZ xəbər verir ki, bu barədə zavodun mətbuat xidmətindən bildirilib.
"Martın 1-5-də "Hyundai Motor Manufacturing Rus" (XMMR) zavodu avtomobil hissələrinin tədarükündə davam edən qlobal logistik fasilələr səbəbindən komponent çatışmazlığı səbəbindən istehsalı müvəqqəti dayandıracaq. İstehsalı martın 9-da bərpa etməyi planlaşdırırıq", - məlumatda deyilir.
Qeyd olunur ki, zavod 2020-ci ilin sonundan başlayaraq vaxtaşırı avtomobil hissələrinin tədarükündə fasilələrlə üzləşir.
14 Avqust 2026
14 Avqust 2026