10:49 - 1.03.2022
1 mart, Fineko/abc.az. "Bakı Metropoliteni" QSC yük və minik avtomobilləri, xüsusi texnika və təsərrüfat qatarlarına ehtiyat hissələri alınmasına dair elan etdiyi açıq tenderə yekun vurub.
ABC.AZ xəbər verir ki, dövlət satınalmalarının vahid internet portalında yerləşdirilən məlumata görə, tenderin qalibi “Araz Motors” MMC-dir.
Qalib şirkətə 2,399 milyon manat ödəniləcək.