Azərbaycandan Ukraynaya yük daşımaları dayandırılıb

16:35 - 28.02.2022


28 fevral, Fineko/abc.az. Hazırda Ukrayna ərazisində baş verən hərbi əməliyyatlar yük daşımalarına ciddi təsir göstərib.

ABC.AZ xəbər verir ki, bu barədə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Hökumətlərarası Komissiyasının Azərbaycan üzrə milli katibi Rüfət Bayramov “Report”un sorğusuna cavab olaraq bildirib.

O qeyd edib ki, TRACECA katibliyi tərəfindən Ukrayna ilə əlaqə saxlanılıb.

“Hazırda vəziyyət olduqca gərgindir. Limanların fəaliyyəti demək olar ki, dayanıb. Hazırda Ukrayna tərəfi yükləri göndərmir və yeni yüklər qəbul etmir. Sadəcə, ölkədə qalan avtomobillərin çıxarılması üzərində iş gedir”, - deyə R.Bayramov əlavə edib.