15:44 - 28.02.2022
28 fevral, Fineko/abc.az. İşğaldan azad olunmuş Ağdam şəhərinin içməli su təchizatı, tullantı və yağış sularının idarə olunması sistemlərinin yaradılması ilə bağlı işçi qrupunun iclası keçirilib.
“Azərsu” ASC-dən ABC.AZ-a verilən məlumata görə, Ağdam şəhərində baş tutan iclasda rayonun içməli su təchizatının bərpası məqsədilə görülmüş təxirəsalınmaz işlər barədə məlumat verilib.
Bildirilib ki, Ağdam rayonu işğaldan azad olunduqdan sonra içməli və tullantı su xətləri çəkilib, su anbarı, nasos stansiyası, infiltriasiya və septik qurğular inşa edilib. Ağdam rayonunun Xıdırlı kəndində yeni subartezian quyusunun qazılmasına başlanıb. Quyu ərazisindən magistral və paylayıcı su xətləri inşa olunub.
Qeyd olunub ki, Ağdam şəhərinin içməli su layihəsi hazırlanarkən əhalinin içməli suya tələbatı, sənaye və turizm imkanları nəzərə alınacaq. Ağdam şəhərinin və 4 kəndin dayanıqlı su ilə təmin edilməsi məqsədilə kompleks tədqiqat işləri aparılacaq.
12 Avqust 2026