Abşeronun bir sıra qəsəbələrində su olamayacaq

11:50 - 28.02.2022


28 fevral, Fineko/abc.az.  28 fevral tarixində Abşeron rayonunun Qobu, Güzdək və Hökməli qəsəbələrinin bir hissəsinə, eləcə də kəmərin marşrutu boyu bu xətdən su alan bəzi kəndlərə içməli suyun verilməsində fasilələr yaranacaq.
“Azərsu” ASC-dən ABC.AZ-a verilən məlumata görə, bu Oğuz-Qəbələ-Bakı magistral su kəmərində aparılan təmir işləri ilə əlaqədardır.