Araz Ağalarova məxsus şirkət məhkəməyə verilib

16:27 - 25.02.2022


25 fevral, Fineko/abc.az. Rusiyada yaşayan azərbaycanlı iş adamı Araz Ağalarova məxsus şirkət məhkəməyə verilib.

ABC.AZ Qaynarinfo xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən “Crocus Event Baku” MMC barədə “Bakuprod” MMC məhkəmə iddiası qaldırıb. İddia artıq icraata götürülüb.

İş Bakı Kommersiya Məhkəməsinin hakimi Zaur Pirverdiyevin icraatındadır. Məhkəmə çəkişməsinin səbəbi alqı-satqı üzrə mübahisələrdir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarından aydın olur ki, “Crocus Event Baku” MMC 11 sentyabr 2020-ci ildə qeydiyyata alınıb.

Nizamnamə kapitalı 100 AZN olan şirkətin qanuni təmsilçisi Ağalarova Cəmilə Teymur qızıdır.

Mediada yayılan məlumatlara görə, Cəmilə Ağalarova Araz Ağalarovun yaxın qohumudur.