16:05 - 25.02.2022
25 fevral, Fineko/abc.az. Azərbaycanda avtomobil sahibləri üçün yenilik başlayıb.
ABC.AZ xəbər verir ki, bütün dünyada məşhur olan "carsharing" biznesi ölkəmizdə də yaradılıb.
Nəticədə artıq avtomobil sahibləri öz avtomobillərindən istifadə etmədikləri müddətdə onları saat hesabı icarəyə verə biləcəklər.
Bu yeniliyi «Locavis» şirkəti təqdim edib. Onun vasitəsilə istifadəçilər avtomobillərini asanlıqla paylaşa və gəlir əldə edə biləcəklər.
Yəni evdə və ya ofisdə olduğu müddətdə avtomobili istifadəsiz qalan şəxslər maşını icarəyə verib pulu qazana bilərlər.
Locavis vasitəsilə həm avtomobil icarəyə götürmək, həm də şəxsi avtomobili paylaşmaq mümkündür. Platformadan həm şirkətlər, həm də fiziki şəxslər istifadə edə bilər.
Belə ki, istifadəçilər mobil tətbiq vasitəsilə onlara ən yaxın avtomobili axtarıb tapa və onun şərtləriylə tanış ola bilərlər.
14 Avqust 2026
14 Avqust 2026