Azərbaycan TIR-ları Ukraynada qalıb - ABADA açıqlama yaydı

16:58 - 24.02.2022


24 fevral, Fineko/abc.az. Hazırda Ukraynada və münaqişə baş verən ərazilərdə Azərbaycana məxsus beynəlxalq yükdaşıma xidməti göstərən bir neçə nəqliyyat vasitəsi var.

ABC.AX xəbər verir ki, bu barədə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası məlumat yayıb. Bildirilib ki, daşıyıcı şirkətlərlə əlaqə saxlanılıb.

Hazırda səfərdə olan sürücülər təhlükəsiz ərazilərdə cəmləşirlər. Bu barədə əlavə məlumat veriləcək.