14:12 - 23.02.2022
23 fevral, Fineko/abc.az. Martdan etibarən Bakıdan Şarm Əl-Şeyxə birbaşa reys açılacaq.
ABC.AZ xəbər verir ki, bunu Misirin Azərbaycandakı səfiri Adel İbrahim deyib.
Məlumata görə, reyslər ilk olaraq həftədə bir dəfə baş tutacaq, daha sonra isə həftədə iki dəfəyə çatdırılacaq.
Qeyd edək ki, reyslərin “Boeing 757-200” təyyarələri ilə 3,5 saat müddətində həyata keçiriləcəyi gözlənir.
14 Avqust 2026
14 Avqust 2026