14:57 - 22.02.2022
22 fevral, Fineko/abc.az. Xəbər veridiyimiz kimi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib.
ABC.AZ-ın məlumatına görə, tədbirdə İdarə Heyətinin sədri Saleh Məmmədov bəzi məsələlərə aydınlıq gətirib.
O Azərbaycanda inşa edilən ilk ödənişli magistral avtomobil yolunun istifadəyə veriləcəyi vaxtı açıqlayıb.
Agentlik sədri Saleh Məmmədov bildirib ki, 152 kilometrlik Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi birinci texniki dərəcəli avtomobil yolunun tikintisi davam etdirilir.
"Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi birinci texniki dərəcəli avtomobil yolunun tikintisi, həmçinin M2 magistral avtomobil yolunun Gəncə-Gürcüstan Respublikası ilə dövlət sərhədi hissəsinin 4 zolağa genişləndirilməsinin 2022-ci ildə yekunlaşdırılması planlaşdırılır", - deyə S.Məmmədov bildirib.
14 Avqust 2026
14 Avqust 2026