14:05 - 22.02.2022
22 fevral, Fineko/abc.az. Gürcüstanda koronavirus pandemiyası ilə əlaqədar olaraq restoran və digər qida obyektləri ilə bağlı tətbiq edilən məhdudiyyətlər əhəmiyyətli dərəcədə yüngülləşdirilib.
ABC.AZ-ın məlumatına görə, qapalı məkanlarda eyni masa arxasında əyləşməyə icazə verilən insan sayı 10-a qaldırılıb. Əvvəl isə icazə verilən say 6 idi.
Açıq məkanlarda isə eyni masa arxasında artıq 10 deyil, 15 nəfərin əyləşməsinə icazə veriləcək.
Qeyd olunur ki, qida obyektlərinə gələnlərin ümumi sayına qoyulan məhdudiyyət də aradan qaldırılır.
Həmçinin, martın 4-dən etibarən gecə klubları da öz fəaliyyətini bərpa edə biləcək. Gecə klubları üçün yeganə tələb kluba gələnlərin sayının 60%-i ötməməsidir.