Azərbaycanın ən çox hibrid avtomobil idxal etdiyi ölkələr - Siyahı

16:56 - 21.02.2022


21 fevral, Fineko/abc.az. Ötən il Azərbaycana xaricdən 76,592 mln. ABŞ dolları dəyərində 12 936 vahid hibrid (daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri) idxal edilib.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına görə, hibrid avtomobillərin idxalı 2020-ci illə müqayisədə 2,5 dəfə artıb.

Ötən il hibrid avtomobillərin əsas idxal bazarları:

Ölkə

Sayı

Dəyəri, mln. dollar

Yaponiya

12 310

61,97

ABŞ

286

6,82

Meksika

70

0,61

Cənubi Koreya

52

0,40

Almaniya

50

3,34