11:56 - 21.02.2022
21 fevral, Fineko/abc.az. 2021-ci ildə Avropa İttifaqı (Aİ) üzrə işlənmiş avtomobillərin qiymətləri əvvəlki ilə nisbətən orta hesabla 8 faiz artıb.
ABC.AZ xəbər verir ki, ötən bir ildə İtaliyada isə işlənmiş avtomobillərin qiyməti 7 faiz bahalaşıb. Qitədə avtomobil tədarükü son bir il ərzində 11 faiz azalıb.
Artan tələbata baxmayaraq, Avropada yeni avtomobillərin sifarişlərinin uzun vaxt çəkməsi işlənmiş avtomobillərə marağı artırıb.
Belə ki, hazırda qitənin avtomobil bazarında işlənmiş avtomobillərin sayı sürətlə azalır, artan tələbat isə qiymətlərin yüksəlməsinə səbəb olur. Avropada ən çox maraq göstərilən işlənmiş avtomobilin qiyməti 19 min avrodan yuxarıdır. Ən çox üstünlük verilən işlənmiş avtomobil modelləri “Volkswagen Golf”, “Audi A4”, “Volkswagen Polo” və “Audi A6” olub.
Müəllif: Elmir Murad