Bu yolda daha tıxac olmayacaq

10:06 - 18.02.2022


18 fevral, Fineko/abc.az. Bakı Şəhər Yol Polis İdarəsi və Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları Binəqədi rayonu, Bakı avtovağzalı ətrafında qanunsuz taksi fəaliyyəti ilə məşğul olan və avtomobillərini yolun hərəkət hissəsində saxlayan sürücülərə qarşı reyd keçirib.

ABC.AZ-ın məlumatına görə, DİN-in mətbuat xidmətinin əməkdaşı deyib ki, əraziyə cəlb edilən polis əməkdaşlarının keçirdiyi reyddən sonra yol boyu yaranmış süni tıxac aradan qaldırılıb:

“Hazırda olduğumuz yer Binəqədi rayonu ərazisindədir. Avtovağzalın ətrafında, bəzi hallarda rayona sərnişin daşıyan nəqliyyat vasitələrini sürücülər yolun hərəkət hissəsində saxlayırdı və bu da digər nəqliyyat vasitələrinin sərbəst hərəkətinə maneə törədirdi. Tərəfimizdən keçirilən nəzarət tədbirləri nəticəsində bu kimi neqativ halların qarşısı alınıb. Nəzərinizə çatdıraq ki, burada 24 saat polis əməkdaşları xidmət göstərir. Mümkün tıxacın qarşısının alınması üçün zəruri tədbirlər görülür”.