17:35 - 17.02.2022
17 fevral, Fineko/abc.az. Bu ilin yanvar ayında Azərbaycana 68,2 milyon ABŞ dolları dəyərində 5 685 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.
ABC.AZ Dövlət Gömrük Komitəsinin (DGK) verdiyi məlumata istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü müqayisədə müvafiq olaraq 27,7 % və 22,5 % çoxdur.
Son 1 ildə sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 77,4 % artaraq 55 ədəd (6,7 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 23,4 % artaraq 5 231 ədəd (49 milyon ABŞ dolları dəyərində) təşkil edib.
14 Avqust 2026
14 Avqust 2026