12:24 - 17.02.2022
17 fevral, Fineko/abc.az. "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Baş Prokurorluğun Azərbaycan Respublikasının vətəndaşı Kərimov Nizami Qulam oğlunun ekstradisiyası haqqında vəsatəti Ukrayna Baş Prokurorluğu tərəfindən təmin edilib.
Baş Prokurorluqdan ABC.AZ-a verilən xəbərə görə, Abşeron Rayon Polis İdarəsinin İstintaq bölməsinin icraatında olan cinayət işi üzrə Nizami Kərimovun “Rafat LTD” MMC-nin direktoru vəzifəsində işləyərkən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə mülkiyyət hüququ olmadan torpaq sahələrini satmaqla vətəndaşlara külli miqdarda ziyan vurduğu aşkarlanıb və o Ukraynada müəyyən edilərək saxlanılıb.
17.02.2022-ci il tarixində Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Nizami Kərimov Ukraynadan Azərbaycana gətirilib.
3 Avqust 2026
1 Avqust 2026