Avtomobil almazdan əvvəl onun tarixçəsi ilə maraqlanmaq üçün yeni sistem - Detallar

10:19 - 17.02.2022


17 fevral, Fineko/abc.az. Avtomobil almaq istəyən şəxsləri ən çox düşündürən suallardan biri də həmin nəqliyyat vasitəsinin qəzaya düşüb-düşməməsidir. Bəzi hallarda bunu öyrənmək üçün vətəndaşlar kifayət qədər vaxt itkisi ilə üzləşirlər. Amma bunun daha asan yolu var. Nəqliyyat vasitələrinin qəza tarixçəsi haqqında məlumatları icbari sığorta bürosunun elektron sistemindən əldə etmək olar. Proses necə həyata keçirilir. Bunun üçün şərtlər nələrdir?

ABC.AZ xəbər verir ki, mövzu ilə bağlı Xəzərxəbər matrrial hazırlayıb. Sözügedən materialda qeyd edilən suallara aydınlıq gətirilib.

"Alqı-satqı zamanı hansısa avtomobilin qəzaya düşüb-düşmədiyini ilk baxışdan müəyyən etmək mümkün deyil. Çünki qəza nəticəsində əzilmiş, deformasiyaya uğramış avtomobili təmir etməklə onun görünüşünü qüsursuz etmək olar. Satıcılar əksər hallarda nəqliyyat vasitəsinin vurulduğunu gizlətməyə çalışırlar. Çünki maşının vurulduğunu bilən şəxs onu almaq fikrindən daşına bilər. Amma nəqliyyat vasitəsinin qəzaya uğradığını öyrənmək olar. Bu, İcbari Sığorta Bürosunun informasiya sistemindən istifadə etməklə mümkündür. Büronun icraçı direktoru Rəşad Əhmədov bildirib ki, qəza keçirən nəqliyyat vasitəsi ilə bağlı məlumatlar sığorta şirkətləri tərəfindən sistemə daxil edilir", - deyə materialda qeyd edilib.