15:54 - 16.02.2022
16 fevral, Fineko/abc.az. ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger iki ölkə arasında diplomatik münasibətlərin 30 illiyi ilə bağlı keçirilən dəyirmi masada iştirak edib.
ABC.AZ-ın məlumatına görə, dəyirmi masada səfir regionda nəqliyyat yollarının açılması məsələsindən danışıb.
O qeyd edib ki, ABŞ regionda dayanıqlı sülhə və nəqliyyat yollarının açılmasına tərəfdardır.
“Biz logistika və nəqliyyat yollarının açılmasını istəyirik, regionda sabitliyə tərəfdarıq” – deyən diplomat eləcə də minalanmış ərazilər, məcburi köçkünlərin geri qaytarılması, həmçinin Azərbaycanla Ermənistan arasındakı sərhədin delimitasiyası və demarkasiyası kimi bir sıra mühüm məsələlərin də həllini gözlədiyini dilə gətirib.
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
8 Avqust 2026