Sürücülərin nəzərinə - Bu yolda təmir işləri aparılacaq

15:30 - 16.02.2022


16 fevral, Fineko/abc.az. Neftçilər prospektinin Yusif Səfərov küçəsi ilə kəsişməsində 16 fevral saat 21:00-dan etibarən 17 fevral səhər saatlarınadək təmir işləri aparılacaq.

ABC.AZ xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

“Bu üzdən sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur”, - məlumatda deyilir.