14:25 - 16.02.2022
16 fevral, Fineko/abc.az. Ötən ay 23 xarici aviaşirkət Bakı hava limanına uçuşlar həyata keçirib.
ABC.AZ xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.
Sözügedən dövrdə aviadaşıyıcılar Azərbaycandan Türkiyə, Rusiya, BƏƏ, Gürcüstan, Ukrayna, Belarus, Qətər, İsrail, Almaniya, Böyük Britaniya, Küveyt, Bəhreyn və Səudiyyə Ərəbistanına uçuşlar həyata keçirib.
Qeyd edək ki, 2021-ci ildə Heydər Əliyev Beynəlxalq Aeroportu "Skytrax" beynəlxalq hava nəqliyyatı reytinq agentliyi tərəfindən COVID-19 pandemiyası dövründə epidemioloji təhlükəsizlik üzrə ən yüksək "5 ulduzlu" reytinqə layiq görülüb.
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026
18 Avqust 2026