12:04 - 16.02.2022
16 fevral, Fineko/abc.az. Bu ilin ortalarında "Bakı Metropoliteni" QSC daha 4 qatar tərkibi olan 20 yeni vaqonu xəttə buraxacaq.
QSC-dən ABC.AZ-a verilən məlumata görə, bununla da yeni qatarların sayı 23-ə çatdırılacaq. Bununla da, stansiyalarda hərəkət edən qatarların 50%-ni yeni qatarlar təşkil edəcək.
Yeni qatarlar Rusiyanın "Metrovaqonmaş" şirkətinə sifariş verilib və onların istehsalına başlanılıb.
Hazırda Bakı metropoliteninin stansiyalarında gün ərzində 40-46 qatar hərəkət edir.