Arutyunyanın qısa vaxtda məhkəməyə çıxarılması təmin ediləcək - Baş Prokurorluq

15:39 - 15.02.2022


15 fevral, Fineko/abc.az. “Özünü qondarma respublikanın rəhbəri kimi təqdim edən Araik Arutyunyanın qısa müddətdə istintaqa təqdim edilməsi təmin olunacaq”.

ABC.AZ-ın məlumatına görə, bunu Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov bildirib.

“İstintaq hərəkətləri davam edir. Qısa müddət ərzində əməliyyat və kəşfiyyat qurumları tərəfindən onun məhkəmə baxışına çıxarılması təmin ediləcək”, - o vurğulayıb.