Rusiya şirkəti Bakıya uçuş sayını artırır

15:27 - 15.02.2022


15 fevral, Fineko/abc.az. Rusiyanın “Ural Hava Yolları" şirkəti martın 6-dan Yekaterinburqdan Bakıya uçuşların sayını iki dəfə artıracaq.

ABC.AZ xəbər verir ki, bu barədə aviaşirkətdən bildirilib.

Məlumata görə, həmin tarixdən Yekaterinburqdan Bakıya aviareyslər cümə axşamı və bazar günləri, əks istiqamətdə isə bazar ertəsi və cümə günləri yerinə yetiriləcək.

Aviadaşıyıcı həmçinin martın 30-dan Jukovski-Bakı-Jukovski marşrutu üzrə Azərbaycana uçuşların sayını iki dəfə artıracaq.

Hazırda aviadaşıyıcı hər cümə axşamı bu istiqamətdə aviareyslər həyata keçirir, qeyd olunan tarixdən isə uçuşlar çərşənbə və şənbə günləri olacaq.