Onların maaşı artırıldı - 15 faiz çoxalma olub

14:55 - 15.02.2022


15 fevral, Fineko/abc.az. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) əməkdaşlarının maaşları orta hesabla 15% artırılıb.

ABC.AZ xəbər verir ki, bununla bağlı qurumun Müşahidə Şurasının qərarı əsasında, İdarə Heyətinin sədri Rauf Vəliyev əmr imzalayıb.

Əmrə əsasən, əmək haqqı artımı fevralın 1-dən tətbiq olunub, həm üzən, həm də sahil heyətin məvaciblərinə şamil edilib.

ASCO-nun mətbuat katibi Mehman Mehdiyev faktı təsdiq edib.