12:15 - 15.02.2022
15 fevral, Fineko/abc.az. Amerika istehsalı olan “Tesla” internetdə ən məşhur və ən çox axtarış verilən avtomobil markasıdır.
ABC.AZ-ın məlumatına görə, bunu “Google”un axtarış sorğularının statistikası sübut edir.
Belə ki, sözügedən avtomobil ildə minimum 11 100 000 dəfə axtarılır.
Qeyd edək ki, populyarlığına görə ikinci “Volkswagen”, üçüncü isə “Toyota” olub.
Onların hər birinə təxminən 9 140 000 sorğu düşür. Dördüncü və beşinci yerləri müvafiq olaraq “BMW” və “Hyundai” tutub.
17 Avqust 2026
15 Avqust 2026