11:50 - 11.02.2022
11 fevral, Fineko/abc.az. Novruz bayramı günlərində Bakı – Şuşa – Bakı istiqamətində müntəzəm avtobus reysləri hər gün həyata keçiriləcək.
ABC.AZ-ın məlumatına görə, marşrutların təhlili, həmçinin vətəndaşların çoxsaylı müraciətləri və tələbat nəzərə alınaraq mart ayında – Novruz bayramı günlərində Bakı – Şuşa – Bakı istiqamətində avtobus reyslərinin hər gün həyata keçirilməsi qərara alınıb. Biletlər artıq satışa çıxarılıb.
Qeyd edək ki, bu günə qədər Şuşa və Ağdama 27 reys uğurla həyata keçirilib. Fevral ayı üzrə bilet satışı artıq yekunlaşmaq üzrədir.
Bakı – Şuşa – Bakı və Əhmədbəyli – Şuşa – Əhmədbəyli marşrutlarında isə bütün biletlər alınıb.
Biletlər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müvafiq marşrut proqramı ilə inteqrasiya olunmaqla yaradılan www.yolumuzqarabaga.az portalı üzərindən onlayn qaydada satılır.
14 Avqust 2026