İlin ən yaxşı avtomobili seçiləcək - Nominasiyadakı maşınların siyahısı

10:55 - 11.02.2022


11 fevral, Fineko/abc.az. "İlin ən yaxşı avtomobili" ("Car of the Year 2022") Avropa müsabiqəsinin təşkilatçıları müsabiqənin finalçılarının qısa siyahısını dərc edib.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, 10 yeni model əsas nominasiyaya iddialıdır – onlardan bəziləri Azərbaycan avtomobil bazarında da təqdim olunur.

Belə ki, yarışın finalına "Audi Q4 e-tron", "Cupra Formentor", "Ford Mustang Mach-E", "Genesis G70", "Honda Civic", "Hyundai Ioniq 5", "Hyundai Tucson", "Kia EV6", "Lexus NX", "Toyota GR86" / "Subaru BRZ" modelləri yüksəlib. Münsiflər heyəti beş əlavə müsabiqənin finalçılarını da müəyyən edib. "Ən yaxşı şəhər avtomobili" nominasiyasına "Dacia Sandero", "Opel Mokka", "Renault Kiger", "Toyota Yaris Cross" və "Volkswagen Taigun" modelləri iddialıdır. "Audi Q5 Sportback", BMW iX, "Genesis GV70", "Mercedes-Benz EQS" və "Volvo C40 Recharge" modelləri isə "Ən yaxşı lüks model" nominasiyasında mübarizə aparacaq.