Taksi xidmətində ciddi yeniliklər olacaq - Detallar

10:03 - 11.02.2022


11 fevral, Fineko/abc.az. Ölkəmizdə taksi fəaliyyəti yeni qaydalar əsasında formalaşacaq.

ABC.AZ-ın məlumatına görə, bu Prezident İlham Əliyevin imzaladığı Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında Fərmanda öz əksini tapıb.

Ekspertlərin fikrincə, yeni qaydalar bu sahədəki çatışmazlıqları aradan qaldıra bilər.

Onların sözlərinə görə, yenilik sürücülərin gəlirinə də müsbət təsir göstərəcək.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyib ki, pandemiya dövründə taksilərə tələbatın artması bu sahədə xaotik vəziyyəti daha da ağırlaşdırıb.

Onun sözlərinə görə, qanunvericilikdə taksi fəaliyyəti ilə bağlı qaydalar tənzimlənməlidir.

Ekspert bildirib ki, taksi şirkətlərinin sürücülərə diqtə etdiyi qaydalar bu sahədəki xidməti ictimai nəqliyyatdakı xidmətlər səviyyəsinə endirib.

Ekspert hesab edir ki, aqerqator, taksi xidmətinə cəlb edilən avtomobil və sürücü də qanunvericilikdə müəyyən ediləcək tələblərə uyğun olmalıdır.

Ərşad Hüseynov qeyd edib ki, sürücülərin iş saatları ilə bağlı məsələ də ciddi nəzarətə götürülməlidir.