11:10 - 10.02.2022
10 fevral, Fineko/abc.az. 2021-ci ildə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC 2 826 092 sərnişin daşıyıb. Bu, 2020-ci ilə nisbətən 33 % çoxdur.
ABC.AZ-ın Report-a istinadən məlumatına görə, ötən il sərnişin daşımalarının 97,2%-i və yaxud 2 746 748 nəfəri Bakı-Sumqayıt elektrik qatarlarının payına düşüb.
Bu, əvvəlki illə müqayisədə 51,1% çoxdur. İl ərzində koronavirus (COVID-19) pandemiyasına görə beynəlxalq sərnişin daşımaları 100% azalıb, daxili sərnişin daşımaları isə 71 ,3 % azalaraq 79 344 nəfər təşkil edib.
2021-ci ildə "Azərbaycan Dəmir Yolları” (ADY) QSC 15,058 milyon ton yük daşıyıb. Bu, 2020-ci ilə nisbətən 2,9% çoxdur. Ötən il yük daşımalarının 7,435 milyon tonu və yaxud 49,4%-i beynəlxalq (idxal-ixrac) daşımaların payına düşüb. Bu isə əvvəlki ilə nisbətən 3,2% azdır. İl ərzində tranzit yük daşımalarının həcmi 11% artaraq 4,585 milyon tona, daxili yük daşımalarının həcmi isə 7,85% artaraq 3,038 milyon tona çatıb.
14 Avqust 2026