15:51 - 30.04.2018
30 aprel, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən “Xalq Bank” kommersiya bankı birinci rüb üzrə fəaliyyətinin yekununda bütün əsas göstəricilər üzrə sabit artım nümayiş etdirib.
Bankın məlumatında deyilir ki, “Xalq Bank”ın aktivləri, 2017-ci ilin sonu ilə müqayisədə 412 milyon manat və yaxud 22,72% artmış və 2 225,65 milyon manat təşkil etmişdir.
“İlk rüb ərzində kredit portfelinin həcmi 10,3 milyon manat və ya 0,79% artaraq 1 322,55 milyon manat təşkil edib. Müştərilərin “Xalq Bank”da yerləşdirdiyi depozitlərin həcmi ilin birinci rübü ərzində 318,99 milyon manat və ya 27,24% artaraq 1 489,90 milyon manat olub. Bank, birinci rübü 7,522 milyon manat həcmində xalis mənfəətlə başa vurub”, - məlumatda belə deyilir.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026