11:15 - 9.02.2022
9 fevral, Fineko/abc.az. Xəbər verdiyimiz kimi 2021-ci ildə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC (Bakı Limanı) vasitəsi ilə aşırılan yüklərin həcmi açıqlanıb.
ABC.AZ-ın məlumatına görə, koronavirus (COVID-19) pandemiyası ilə bağlı sərhədlərdə məhdudiyyətlərin davam etməsi beynəlxalq nəqliyyat hərəkəti istiqamətlərində də müəyyən dəyişikliklərə səbəb olub.
Hesabat dövründə irihəcmli nəqliyyat vasitələrinin daşınmasında 8,8% azalma olub.
Bakı Limanı vasitəsi ilə 39 431 ədəd (TIR) daşınıb ki, bunlardan da 23 476 (59,5%) ədədi Bakı-Türkmənbaşı-Bakı, 15 955 (40,5%) ədədi isə Bakı-Kurık-Bakı istiqamətində hərəkət edib.
Bərə terminalında vaqon aşırılmasında isə 18,7% azalma müşahidə edilib. Bakı Limanı vasitəsilə daşınan vaqonların sayı 30 426 ədəd olub ki, bu vaqonlardan da 20 867 ədədi Bakı-Türkmənbaşı-Bakı (68,6%), 9 559 vaqon isə Bakı-Kurık/Aktau-Bakı (31,4%) istiqamətində hərəkət edib.
2020-ci illə müqayisədə ötən il iritonnajlı (TIR) nəqliyyat vasitələrinin daşınmasında azalma müşahidə edilsə də, 2019-cu illə müqayisədə 17%-lik artım qeydə alınıb.
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026