17:33 - 8.02.2022
8 fevral, Fineko/abc.az. Ukraynanın "Bees Airline" aşağı büdcəli aviaşirkəti 25 mart tarixindən etibarən Kiyev-Gəncə-Kiyev reysi üzrə uçuşlara başlayacaq.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bir istiqamətə biletin qiyməti 77 ABŞ dollarından başlayır. Sözügedən qiymətə əl yükü də daxildir.
Xatırladaq ki, "Bees Airline" Ukrayna Dövlət Aviasiya Administrasiyasından Kiyevdən Gəncəyə həftədə iki dəfəyədək müntəzəm uçuşlar həyata keçirmək hüququ alıb.