Həbsdə olan nazirliyin sabiq aparat rəhbəri dövlətə 500 min manatı qaytarıb

17:05 - 4.02.2022


4 fevral, Fineko/abc.az. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən  həbs edilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq aparat rəhbəri Əjdər Cəbiyev (Əjdər Ol) cinayət işi üzrə dəymiş ziyanı tam ödəyib.

ABC.AZ-ın APA-ya istinadən məlumatına görə, sabiq aparat rəhbərinin cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə zərərçəkmiş qismində tanınmış Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi çıxış edib.

Nümayəndə bildirib ki, cinayət işi üzrə 500 min manata yaxın məbləğdə dəymiş ziyan tam ödənilib. Zərərçəkmiş tərəf cinayət işi üzrə əlavə iddialarının olmadığını qeyd edib.